Suriyanın müvəqqəti hökumətinin başçısı məlum olub

Məhəmməd əl-Bəşir Suriyanın müvəqqəti hökumətinin başçısı təyin olunub. Bu barədə “Al Arabiya” məlumat yayıb. O, bu vəzifəni 2025-ci il martın 1-dək icra edəcək.

Məhəmməd əl-Bəşir 2024-cü ilin yanvarından İdlibdə “Həyat Təhrir əl-Şam” koalisiyası tərəfindən yaradılan Suriya Xilas Hökumətinə rəhbərlik edir. O, qruplaşmanın lideri Əbu Məhəmməd əl-Culaninin (əsl adı Əhməd əl-Şaraa) yaxın adamı adlandırılır.

“Əl-Cəzirə” telekanalı dekabrın 9-da Məhəmməd əl-Bəşirin Suriyada müvəqqəti hökumət quracağını bildirib. Bundan sonra Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin baş naziri Məhəmməd Qazi əl-Cəlali hakimiyyəti İdlibdə yerləşən Suriya Xilas Hökumətinə ötürməyə razı olduğunu bildirib.

  • Suriyada dekabrın 8-də 24 il hakimiyyətdə olan Bəşər Əsəd rejimi devrilib. Silahlı qrupların Dəməşqi və digər böyük şəhərləri sürətli hücumla işğal etməsindən sonra Əsəd prezident vəzifəsindən istefa verib və ölkədən qaçıb. Bəşər Əsəd və ailəsi Moskvaya gedib, Rusiya prezidenti Vladimir Putin onlara sığınacaq verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ