Putin müharibəni bitirmək üçün şərtləri açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb

O, Ukrayna ətrafında nizamlanmanın yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınacağı təqdirdə mümkün olacağını bildirib.

“Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür”, - deyə məlumatda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ