Rusiya qoşunlarının Suriyadan təhlükəsiz şəkildə çıxarılmasını təmin etmək üçün Türkiyədən kömək istəyib. Bu barədə CNN Türk yazıb.
Telekanal bildirib ki, Rusiya qoşunlarının Türkiyənin nəzarəti altında olan ərazilərə göndərilməsi və daha sonra onların Rusiyaya daşınması üçün müraciət edib.
Eyni zamanda, telekanal iddia edir ki, Rusiya Tartus və Xmeymimdəki bazalarını saxlamaq niyyətindədir, və yalnız Suriyanın digər bölgələrindən qoşunların çıxarılması üçün Türkiyədən dəstək istəyib.