Suriyanın baş naziri hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb

Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali ölkədə hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu açıqlayıb.

Bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.

Məlumata görə, ölkənin baş naziri xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Məhəmməd Qazi əl-Cəlali "hamı üçün nəzərdə tutulmuş” dövlət qurumlarının qorunub saxlanmasına çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ