Ukraynada Rusiyanın SOBR xüsusi təyinatlıları pusquya düşdülər - 42 nəfər öldürülüb

Ukraynada döyüşlər zamanı pusquya düşən Rusiya xüsusi təyinatlılarıın SOBR dəstəsinin 40-dan çox üzvü məhv edilib. 

Buta.media “Tayqa.info”ya istinadən xəbər verir ki, ölənlər arasında “Abat” ləqəbli polkovnik Konstantin Oqiy də var.

“SOBR dəstəsinin 42 üzvü ölüb. OMON arasında itkilər barədə məlumat hələ yoxdur”, - nəşr güc strukturlarındakı mənbənin sözlərini sitat gətirir.

Mənbə həhmçinin bildirib ki, xüsusi təyinatlıların kolonu pusquya düşüb. Dəstənin Ukrayna ərazisinə Belarusdan keçdiyi qeyd olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ