Pentaqon Rusiya ilə əlaqə saxlamaq üçün qaynar xəttdən istifadə edib

ABŞ qoşunlarının komandanlığı Suriyadakı vəziyyətlə əlaqədar Rusiya ilə əlaqə saxlamaq üçün qaynar xəttdən istifadə edib.

Bu barədə Pentaqonun sözçüsü general-mayor Patrik Rayder bəyan edib.

“Operativ Qərargahın komandiri Rusiya ilə qaynar xəttdən istifadə edib ki, açıq əlaqə kanallarımızın olmasına əmin olsunlar. Nəzərə alın ki, qoşunlarımız Suriyaya yaxın coğrafi mövqeyə malikdirlər”, - deyə Rayder jurnalistlərə deyib.

O, əlavə edib ki, bu söhbətlər haqqında təfərrüata varmayacaq, “mümkün səhv hesablamaların qarşısını almaq üçün bu əlaqə mexanizminin olduğunu söyləməkdən başqa”. 
“Biz regiondakı ölkələrlə əlaqə saxlamağa və vəziyyəti izləməyə davam edəcəyik”, - Rayder deyib.

2024-cü il noyabrın sonunda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kreml və Ağ Ev arasında Kubada raket böhranından sonra yaradılmış qaynar xətt hətta fövqəladə əlaqə üçün istifadə edilmir. Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri arasında ünsiyyət üçün xüsusi təhlükəsiz xətt hətta videobağlantı vasitəsilə danışmaq imkanını da ehtiva edir.

Sonuncu dəfə bu xəttdən nə vaxt istifadə olunduğu bilinmir. “NBC News” 2016-cı ildə yazıb ki, ABŞ prezidenti Barak Obama qaynar xəttdən Putini ABŞ prezident seçkilərinə hakerlərin müdaxiləsinə qarşı xəbərdar etmək üçün istifadə edib. Peskov buna cavab verib ki, söhbət zamanı “müntəzəm qapalı rabitə xəttindən” istifadə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ