Rusiya-Ukrayna danışıqları başa çatdı: Onlar paytaxtlara yola düşürlər - VİDEO

Ukrayna ilə Rusiya arasındakı danışıqların başa çatan birinci mərhələsində növbəti görüşün keçirilməsinə dair tərəflər arasında razılıq əldə olunub. Danışıq iştirakçılarının nəticələri müzakirə etmək üçün öz paytaxtlarına qayıtdığı qeyd olunub.

Danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski bildirib ki, razılaşmaya əsasən növbəti görüş yaxın günlərdə Polşa – Belarus sərhədində keçiriləcək.

“Ukrayna tərəfilə 5 saatadək davam edən danışıqlar indicə başa çatdı. Bu müddət ərzində gündəliyin bütün maddələrinə toxunduq, ümumi mövqe əldə etməyin mümkün göründüyü bəzi nöqtələri müəyyənləşdirdik. Ən başlıcası da danışıqlar prosesini davam etdirmək üçün razılığa gəldik” – deyə rusiyalı diplomat qeyd edib.

20:20

Rusiya-Ukrayna danışıqları başa çatıb.

“Tərəflər məsləhətləşmələr üçün paytaxtlara yola düşürlər”.

Bu, Rusiya ilə Kiyev nümayəndələri arasında danışıqlardan sonra verilən bəyanatlardır.

19:16

Ukrayna ilə Rusiya arasında danışıqlar davam edir.

Bu barədə Ukrayna prezidenti ofisinin müşavirinə istinadən məlumat yayılıb.

Məlumata görə, bir neçə dəqiqədən sonra danışıqların üçüncü raundu başlayacaq.

13:06

Rusiya və Ukrayna arasında danışıqların əsas məqsədi dərhal atəşin dayandırılması və RF qoşunlarının Ukrayna ərazisindən çıxarılmasıdır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin məlumatında deyilir.

10:54

Xəbər verdiyimiz kimi, bu gün Belarusun Qomel şəhərində Rusiya və Ukrayna arasında danışıqlar aparılacaq.

Buta.media-nın məlumatına görə, Belarusun Xarici İşlər Nazirliyi danışıqların keçiriləcəyi məkanın artıq hazır olduğunu açıqlayıb.

Hazırda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüş üçün otağa gəlişi gözlənilir.

27.02.2022 23:34

Rusiya və Ukrayna arasında danışıqlar hələ başlamayıb. 

Bu barədə "Sputnik Belarus" məlumat yayıb.

Bildirilir ki, Ukrayna tərəfinin tələbi ilə görüş yeri dəyişdirilib.

19:17

Belarusun Qomel şəhərində Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar başlayıb.

Bu barədə Ukrayna Prezidentinin Konstitusiya məhkəməsində nümayəndəsi Fyodor Venislavski məlumat verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ