Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə gedib.
Bu, Almaniya kanslerinin son iki il yarım ərzində Ukraynaya ilk səfəridir. Şolts sonuncu dəfə Kiyevə 2022-ci ilin iyununda Fransa prezidenti Emmanuel Makronla birlikdə səfər edib.
Şoltsun Ukraynaya hazırkı səfəri ilə bağlı əvvəlcədən məlumat verilməyib.
Kiyevə gedən kansler deyib ki, Ukrayna min gündən artıqdır ki, “Rusiyanın amansız təcavüzündən özünü qəhrəmancasına müdafiə edir”. O qeyd edib ki, Almaniya “Avropada Ukraynanın ən güclü dəstəkçisi olaraq qalır”.
“Prezident Zelenski ilə görüşdə mən dekabrda çatdırılmalı olan 650 milyon avro dəyərində əlavə hərbi yardımı elan edəcəm”, - “Der Spiegel” Şoltsdan sitat gətirib.
Noyabrın 15-də Olaf Şolts son iki ildə ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Almaniya hökuməti bildirib ki, Şolts Putini Rusiyanın Ukraynaya təcavüzünü dayandırmağa və RF qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıb. Kreml bildirib ki, söhbət zamanı “Ukraynadakı vəziyyətlə bağlı ətraflı və səmimi fikir mübadiləsi aparılıb”. “Reuters”in məlumatına görə, Zelenski Şoltsu Putinlə danışmaqdan çəkindirib.
Bundeskanzler Olaf Scholz ist heute in Kyjiw. Es ist sein zweiter Besuch seit Beginn des russischen Angriffskriegs. Dass diese Reise mitten in den Wahlkampf fällt, ist kein Zufall. Scholz will mit Selenskyj über weitere Unterstützung und Wege zum Frieden sprechen. @tagesschau pic.twitter.com/vrbOlo5af6
— Vassili Golod (@VassiliGolod) December 2, 2024