Tbilisidə Gürcüstan parlamentinin binasında yanğın başlayıb.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, nümayişçilər bir neçə saat ərzində parlament binasına tərəf fişənglər atıb.
Nəticədə fişənglərdən biri pəncərədən içəri düşüb, bundan sonra orada yanğın başlayıb.
Qeyd edək ki, Gürcüstanın paytaxtı Tbilisidə hökumətin qərarına etiraz edən vətəndaşlar aksiya keçirir.