Ukraynada müharibə başlayandan bəri 368 min ölkə sakini evlərini tərk etmək məcburiyyətində qalıb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi “Twitter” səhifəsində məlumat yayıb.
Qrandi bildirib ki, Ukrayna sakinləri Polşa, Macarıstan, Rumıniya və digər Avropa ölkələrinə gedirlər.
Bir gün əvvəl, fevralın 26-da BMT-nin baş katibi Antonio Quterreş 100 minə yaxın ukraynalı qaçqın olduğunu bildirdi.