Ukrayna niyə Belarus ərazisindən raketlə vurulur? - Lukaşenko açıqladı

Prezident Aleksandr Lukaşenko Ukrayna ərazisinin Belarusdan raket atəşinə tutulmasını təsdiqləyib.

Buta.media-nın xəbərinə görə, Belarus lideri bildirib ki, bu məcburi addım idi.

“Belarus sərhədindən bir neçə kilometr aralı Ukrayna tərəfində “hər dəqiqə Rusiya mövqelərini vurmağa hazır olan” raket divizionları açılmışdı. Biz məcbur olduq”,- deyə o bildirib.

Lukaşenko əlavə edib, Ukraynada hazırda “bir nəfər belə Belarus əsgəri yoxdur”.

Bundan əlavə, Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskiyə belaruslara məsləhət verməməyi və öz ölkəsində baş verənlərlə məşğul olmağa çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ