Rusiyanın Odessaya endirdiyi zərbə nəticəsində ən azı 11 nəfər yaralanıb.
İlkin məlumatlara görə, noyabrın 25-də səhər saatlarında Rusiya hərbçiləri “İskəndər-M” ballistik raketi ilə şəhərin mərkəzinə zərbə endiriblər.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, bir qadının vəziyyəti ağırdır.
Hadisə nəticəsində mülki infrastruktura - yaşayış binaları, tibb müəssisəsi, ofis binaları, ticarət obyektləri və nəqliyyat vasitələrinə ziyan dəyib.
Yerli prokurorluq müharibə qanunlarının və adətlərinin pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci hissəsi) ilə bağlı istintaqa başlayıb.