Böyük Britaniya Putin və Lavrovun hesablarını dondurdu

Böyük Britaniya RF Prezidenti Vladimir Putin və Rusiya xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edib.

Buta.media-nın xəbərinə görə, bu barədə Birləşmiş Krallığın fevralın 25-də elan etdiyi sanksiya siyasında deyilir.

Sənədə əsasən, əgər Putin və Lavrovun Britaniyada hesabları aşkarlansa, onlar dondurulacaq.

Qeyd edilir ki, sanksiyalar Rusiyanın Ukraynaya hücumu ilə əlaqədardır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ