Ukrayna Xarkovu nəzarətə götürüb - VİDEO

Ukrayna tərəfi Xarkovu nəzarətə götürüb.

Buta.media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubov teleqramda bildirib.

Regionun mərkəzində təmizləmə əməliyyatı aparılır.

Məlumata görə, şəhər Ukrayna Silahlı Qüvvələri, Milli Polis və Terrordan müdafiə qüvvələri tərəfindən təmizlənir.

10:32

Xarkova girən Rusiya qoşunları itkilər verməyə başlayıb.

09:52

Rusiya qoşunları Xarkova giriblər. Bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov bəyan edib.

Mülki əhaliyə küçələrə çıxamamaq tövsiyyəsi edilib. Hazırda şəhərdə döyüş gedir.

25.02.2022 23:16

Rusiya qoşunları Xarkovda “Qeroi truda” metrostansiyasına yaxınlaşırlar. Döyüşlər Saltovka rayonu ətrafında gedir. 

Buta.media-nın xəbərinə görə, Xarkov şəhərinin İndustrialnaya rayonunda neft anbarı partladılıb. 

Rusiya hərbi texnikası şəhərin Malaya Danilovka rayonunda da görüntülənib. 

RF Silahlı Qüvvələrinin atəşi nəticəsində ən azı üç nəfər yaralanıb. Bu barədə Haqqın.az saytının müxbiri məlumat verib. Mərmilərdən biri Qanköçürmə İnstitutunun binasına düşüb.Yerli sakinlər bildirirlər ki, şəhərin bir neçə istiqamətində şiddətli atışma gedir

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ