Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı ikinci sanksiyalar paketini təsdiqləyib.
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.
Bununla yanaşı, Aİ Rusiya Prezidenti Vladimir Putini və xarici işlər naziri Sergey Lavrovu sanksiya siyahısına daxil edib.
Borrel qeyd edib ki, ümumilikdə sanksiya siyahısına 26 rusiyalı daxildir.
Bundan əvvəl ABŞ prezidenti Cozef Bayden bildirib ki, G7 ölkələrinin liderləri Rusiyaya qarşı daha sərt sanksiyalar paketi tətbiq etmək barədə razılığa gəliblər.
Böyük Britaniyanın Baş naziri Boris Conson isə deyib ki, dünya Putinin Ukraynaya təcavüz aktında uğursuzluğa düçar olacağına əmin olmalıdır. O əlavə edib ki, bu hərəkətdən sonra Rusiya ilə münasibətlərin normallaşması mümkün deyil.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.