ABŞ Kiyevə Rusiyanın dərinliyinə zərbə endirməyə icazə verib

ABŞ administrasiyası Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbə endirmək üçün Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verib.

Bunu Avropa İttifaqı (Aİ) komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrell bəyan edib.

Onun sözlərinə görə, bu barədə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə müzakirə olunub.

"ABŞ administrasiyası öz raketlərinin Rusiya ərazisinə 300 km-ə qədər dərinlikdə istifadəsinə icazə verib. Bu, çox da uzaq deyil, lakin bu, ABŞ administrasiyasının qərarıdır. Niyə bu qərarı əvvəllər deyil, indi veriblər, bilmirəm", - Borrell bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ