Rus tankları Kiyevə doğru irəliləyir - VİDEO

Rusiya tankları Çernobılın qadağa zonasından Kiyevə doğru irəliləyir, bu barədə Ukrayna Ordusunun Baş Qərargahındakı “Ukrayinska Pravda” mənbələri bildirib. Daha sonra Baş Qərargah bu məlumatları rəsmən təsdiqləyib.

Hələlik hərbçilər Ukrayna hərbçilərinin Teterev çayı üzərindən körpünü partlatdığı şəhər tipli İvankov qəsəbəsi yaxınlığında dayandırılıb.

"İvankov sərhəddən Kiyevə qədər yolun yarısındadır. Ondan sonra Vışqorod vasitəsilə Kiyevə hücum etmək imkanı yaranır", - "Ukrayinska Pravda" qeyd edir.

Eyni zamanda, CNN və NBC News-un məlumatına görə, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley ABŞ konqresmenlərinin iştirak etdiyi iclasda Rusiya ordusunun Kiyevdən 20 mil (təxminən 32 kilometr) uzaqda olduğunu bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ