Zelenski G20 sammitinə dəvət olunmayıb

Almaniya kansleri Olaf Şoltz Ukrayna Prezidenti Volodimir Zelenskinin Braziliyada keçiriləcək G20 sammitinə dəvət edilməməsindən təəssüfləndiyini bildirib.

TASS xəbər verir ki, o, bu barədə Berlində jurnalistlərə açıqlamasında deyib.

“Əvvəlki görüşlərdən fərqli olaraq, Zelenskinin bu görüşə dəvət olunmadığına görə çox təəssüf etdiyimi gizlətmək istəmirəm. Mən də başqaları kimi Zelenskini zirvəyə dəvət etməyin çox fəal müdafiəsi ilə çıxış edirdim, lakin bunun baş verməməsi də bizim nə qədər ciddi problemlə üzləşdiyimizi göstərir” - Şoltz bildirib.

Qeyd edək ki, G20 sammiti noyabrın 18-19-da Braziliyanın cənub-şərqində Rio-de-Janeyroda keçiriləcək. İclasa Cənubi Amerika Respublikasının prezidenti Lula da Silva sədrlik edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ