Ukrayna Prezidenti Volodimir Zelenski öz xalqına müraciət zamanı bildirib ki, Ukrayna dövlətin müdafiəsində tək qalıb.
Buta.media-nın xəbərinə görə, ölkə başçısının çıxışı prezidentin rəsmi saytında dərc olunub.
"Biz tək qalmışıq. Bizimlə birgə kim döyüşmək istəyir? Səmimi. Belələrini görmürəm. Kim Ukraynaya NATO-ya daxil olmağa zəmanət verə bilər? Səmimi. Hamı qorxur", - Zelenski deyib.
Prezident həmçinin bəyan edib ki, Ukrayna Rusiya ilə NATO-ya üzv olmayacağı və ölkənin neytral status daşıyacağını müzakirə etməyə hazırdır.
Xatırladaq ki, fevralın 24-də səhərt saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.
İlk saatlardan Rusiya ordusu Çerniqovsk, Sumı, Luqansk, Xarkov əyalətləri istiqamətində sərhədi keçib.
Hücumdan əvvəl Rusiya Ukraynanı artilleriya və raket atəşlərinə tutub.