Kiyevdə partlayış səsləri eşidilir - VİDEO

Fevralın 25-də səhər saatlarında Kiyevdə bir neçə yerdə partlayış səsləri eşidilib.

Buta.media-nın xəbərinə görə, bu barədə UNİAN agentliyi məlumat yayıb.

Partlayış səslərinin paytaxtın Peçersk və Qoloseyevsk rayonlarında, eləcə də Poznyak rayonunda eşidildiyi bildirilir. Ukrayna mətbuatı qeyd edir ki, Troyeşinı rayonunda altı partlayış səsi eşidilib.

Xatırladaq ki, fevralın 24-də səhərt saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

İlk saatlardan Rusiya ordusu Çerniqovsk, Sumı, Luqansk, Xarkov əyalətləri istiqamətində sərhədi keçib.

Hücumdan əvvəl Rusiya Ukraynanı artilleriya və raket atəşlərinə tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ