Boksun əfsanəsi Mayk Tayson rinqdə bloqer Ceyk Polla məğlub olub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, döyüş Texas ştatında “ATT Stadium” stadionunda baş tutub.
Ümumilikdə görüş 8 raund davam edib, onun nəticələrinə əsasən, Ceyk Poll 79-73 hesabı ilə qalib elan edilib.
Bildirilib ki, raundlar standart qayda olan 3 dəqiqə əvəzinə, 2 dəqiqə davam edib.
58 yaşlı Mayk Tayson rinqə çıxmasına görə karyerası boyunca ən böyük qonorarlardan birini, yəni 20 milyon dollar qazanacaq. Onun 27 yaşlı rəqibi, şoumen Ceyk Poll isə 40 milyon dollar əldə edəcək.
Qeyd edək ki, Tayson professional karyerasını 2005-ci ildə bitirib. O, ümumi 56 döyüş keçirib və bunların yalnız altısında məğlub olub. Ceyk Poll isə onlarla döyüş keçirib və bunlardan yalnız birində uduzub.