Müharibənin ilk günü: Rusiya bir neçə şəhəri ələ keçirib, 100-ə yaxın itki verib

Rusiya Ukraynaya hücumun ilk saatlarında 7 təyyarəsini, 4 helikopterini, 10-dan çox zirehli texnika və 100 yaxın şəxsi heyətini itirib.

Bu barədə Ukrayna Müdafiə Strategiyası Mərkəzinin fevralın 24-nə saat 14:00 olan hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, RF Silahlı Qüvvələri Qeniçesk və Novaya Kavovka yaşayış məntəqələrini işğal ediblər. 

Ukrayna ərazisində 60-dan çox hərbi infrastruktur obyekti atəşə tutulub. Rusiya hərbi texnikası Çerniqov, Sumı, Luqansk, Jitomir, Kiyev və Xerson vilayətlərində Ukrayna sərhədini pozublar. Hazırda Rusiya qüvvələri əsas Xarkov istiqamətində cəmlənib. Şəhəri mühasirə almağa cəhd olunur. Ukrayna Silahlı Qüvvələri Milli Qvardiya ilə birlikdə hücumları dəf edirlər. 

Melitopol və Xerson istiqamətində Qeniçesk və Novaya Kaxovka işğal olunub. Rusiya desantı Xersonda Dnepr çayı üzərində körpünü ələ keçirib. De-fakto Rusiya qoşunu Krıma Şimal-Krım kanalı ilə su təchizatını bərpa etmək məsələsini yerinə yetirir. Krımda suyun alınması üzrə hazırlıqların getdiyi bildirilib. 

Çerniqov istiqamətində Rusiya hərbi texnikası dayandırılıb. Sumı və Xarkov vilayətlərində Rusiya qoşunları 10-20 km irəliləyiblər. Rusiya ordusu Xarkova çox yaxın məsafədə dayanıb və xeyli itki verib. Mariupol reaktiv yaylım atəşi sistemlərindən atəşə tutulur, lakin Rusiya desantı şəhərə hələlik girmir. 

Rusiya helikopterləri Kiyevin şimalında və Qostomeldə Ukrayna hərbi infrastrukturuna zərbələr endirir. Zmeynıy adasına hücum saat 13:00-da dəf olunub. 

Bessarabiya və Çernomor əməliyyat rayonlarında kəşfiyyat-diversiya qruplarının işləri qeyd olunur.

Krımdan Rusiya ordusu Melitopol və Xerson istiqamətində Ukrayna qüvvələrinin müdafiə mövqelərinə tərəf irəliləyir. Xerson yaxınlığıda hava desant qüvvələri müşahidə edilib.

Ukrayna Silahlı Qüvvələrinin 40-a yaxın hərbi qulluqçusu həlak olub, hərbi və mülki infrastruktur obyektləri ziyan görüb. 

Rusiya qoşunları işğal olnmuş ərazilərdən uşaq və qadınların çıxarılması üçün yaşıl dəhliz yaratmağa icazə vermir.

Sonda hesabatda bildirilir ki, RF qoşunlarının hazırki mərhələdə əsas hədəfləri Kiyevin işğalı, eləcə də Mariupol və Xerson vilayətlərinin ələ keçirilməsidir. Bununla yanaşı, Rusiya ordusu Ukraynanın təslim olması üçün panika yaradır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ