NATO Ukraynaya qoşun göndərməyəcək

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans Ukraynaya öz qüvvələrini göndərmək niyyətində deyil

Buta.media xəbər verir ki, Stoltenberqin sözlərinə görə, hazırda Ukraynada NATO qüvvələri yoxdur.

“Biz Ukraynanı dəstəkləyirik, lakin yalnız NATO müttəfiqlərinə təhlükəsizlik təminatı veririk”, - deyə o bildirib.

Xatırladaq ki, fevralın 24-də səhərt saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

İlk saatlardan Rusiya ordusu Çerniqovsk, Sumı, Luqansk, Xarkov əyalətləri istiqamətində sərhədi keçib.

Hücumdan əvvəl Rusiya Ukraynanı artilleriya və raket atəşlərinə tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ