Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol vağzalı yaxınlığında baş verən partlayış nəticəsində azı 24 nəfər ölüb.
Bu barədə məlumatı yerli “Geo TV” telekanalı yayıb.
Vağzal binasından bir qədər aralıda yerləşən bilet satışı kassasında qeydə alınan hadisə nəticəsində 30 nəfər yaralanıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.