Ukraynanın Odessa vilayətinin Lipetsk kəndinin Rusiya tərəfindən artilleriya və raket atəşinə tutulması nəticəsində 18 nəfər ölüb.
Buta.media-nnı xəbərinə görə, bu barədə 112.ua saytı məlumat yayıb.
Bildirilir ki, hazırda xilasedicilər dağıntılar arasında yaralıları çıxarırlar.
Ölənlərdən səkkizi kişi, onu isə qadındır. Hadisə nəticəsində altı nəfərin yaralandığı qeyd olunur.