Ukrayna ordusu 50 Rusiya hərbçisini məhv etdi, bir şəhər geri qaytarıldı

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətində Sçastye şəhərini geri alıblar. 

Buta.media-nın xəbərinə görə, bu barədə Ukrayna Strateji Kommunikasiya və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukrayna ordusu Rusiya hərbçilərinin hücumunu dəf ediblər. Qərargahın məlumatına görə, Ukrayna ordusu Rusiyanın 50 hərbçisini və bir neçə hərbi texnikasını məhv edib.

Xatırladaq ki, fevralın 24-də səhərt saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

İlk saatlardan Rusiya ordusu Çerniqovsk, Sumı, Luqansk, Xarkov əyalətləri istiqamətində sərhədi keçib.

Hücumdan əvvəl Rusiya Ukraynanı artilleriya və raket atəşlərinə tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ