Ermənistan Azərbaycana sülh sazişinin tam razılaşdırılması üçün təkliflər paketi göndərib.
Bu barədə parlamentdə jurnalistlərə respublikanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan məlumat verib.
“Biz son təkliflər paketini göndərmişik, Azərbaycan tərəfindən cavab gözləyirik”, - o qeyd edib.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla saziş imzalamaq üçün “bir-iki məqam”ın razılaşdırılmalı olduğunu bildirərək, İrəvan və Bakının bu məsələlərdə razılığa gələ biləcəyinə ümid etdiyini vurğulayıb.