Zelenksi: Biz güclüyük, biz qalib gələcəyik

Ukrayna Prezidenti Volodimir Zelenksi Donbasda hərbi əməliyyatların başlanmasından sonra ilk dəfə xalqa müraciət edib. 

Buta.media xəbər verir ki, o, təcili müraciətində bildirib ki, ölkəsinin bütün təhlükəsizliyi və müdafiə sektoru işlək vəziyyətdədir.

Ukrayna Prezidenti insanları təşvişə düşməməyə çağırıb.

Volodimir Zelenski həmçinin son hadisələrlə əlaqədar ABŞ Prezidenti Co Baydenlə də telefon danışığı apardığını bəyan edib. 

“Biz güclüyük, biz qalib gələcəyik”, - deyə Volodimir Zelenski vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ