Ukraynanın Türkiyədəki səfirliyi Ankarını “çətin vəziyyətdə” Kiyevə dəstək olmağa çağırıb.
Buta.media-nın xəbərinə görə, bu barədə diplomatik missiyanın “Twitter” səhifəsində məlumat verilib.
Diplomatlar Rusiyanı Ukraynaya qarşı müharibəyə başlamaqda ittiham ediblər və Türkiyədən kömək istəyiblər.
“Biz strateji tərəfdaşımızı Türkiyə və dost Türkiyə xalqından bu çətin vaxtda bizə dəstək olmağa çağırır”, - səfirlikdən qeyd ediblər.
Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.
Rusiya - Ukrayna müharibəsinin gedişatını Telegram kanalımızda izləyə biləsiniz: