Kiyev sakinləri kütləvi şəkildə şəhəri tərk edirlər - VİDEO

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya müharibə elan etməsindən sonra Kiyev sakinləri kütləvi şəkildə şəhəri tərk etməyə başlayıblar.

Buta.media-nın xəbərinə görə, bu barədə video “Shot” telegram kanalında yerləşdirilib.

Kadrlarda görünür ki, magistral yolda bir istiqamətdə avtomobil axını hərəkət edir. Görüntüləri çəkən şəxs qeyd edir ki, on dəqiqə əvvəl yol boş idi. 

Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

Rusiya - Ukrayna müharibəsinin gedişatını Telegram kanalımızda izləyə biləsiniz:

//web.telegram.org/z/#-1287303683

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ