Tel-Əvivdə yük maşını avtobus dayanacağına çırpılıb

Tel-Əvivdə yük maşını insanların dayandığı avtobus dayanacağına çırpılıb. Bu barədə “The Times of Israel” məlumat yayıb.

Təcili yardım rəsmiləri 16 nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan dördünün vəziyyətinin ağır olduğunu bildirib. Ümumilikdə, polisin bildirdiyinə görə, 24 nəfər yaralanıb.

Hadisənin səbəbləri aydınlaşdırılır. Yük maşınının sürücüsü silahlı mülki şəxs tərəfindən vurulub. Polis insidentin terror aktı olduğunu düşünür.

Hadisə İsrailin bir neçə kəşfiyyat idarəsinin olduğu Qlilot yol qovşağının yaxınlığında baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ