Avropa Rusiyaya qarşı sanksiyalar qəbul etdi

Avropa İttifaqı (Aİ) rəsmi olaraq Rusiyaya qarşı qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının “müstəqilliyini” tanıdığına görə sanksiyalar tətbiq edib.

Buta.media-nın xəbərinə görə, bu barədə Aİ-nin yaydığı bəyanatda deyilir.

Sanksiya siyahısına Rusiya prezidentinin müraciətini dəstəkləyən Dövlət Dumasının 351 deputatı, həmçinin Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə təhdidlər yaradan 27 fiziki şəxs və təşkilat daxil edilib.  

Bundan əlavə Aİ Rusiya hökumətinin qondarma DXR və LXR ilə bağlı siyasətini dəstəkləyən banklara da məhdudiyyət qoyub.

Bəyanatda bildirilir ki, Aİ lazım olarsa Rusiyaya qarşı əlavə sanksiyalara tətbiq etməyə hazırdır. 

“Avropa İttifaqı Rusiyanı qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublaksı ilə bağlı mövqeyini dəyişməyə çağırır”, - deyə sənəddə qeyd olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ