İran prezidenti İsrailə düşünülmüş şəkildə cavab veriləcəyini bəyan edib

İran İsrailin hücumuna “balanslı və düşünülmüş” cavab verməyə hazırdır. Bu barədə İran prezidenti Məsud Pezeşkian X sosial şəbəkəsində yazıb.

“İran övladları vətənlərini qorumaq üçün canlarını fəda etdilər. Ordunun igid əsgərlərinə, onların ailələrinə və qəhrəman xalqa başsağlığı verirəm. İranın düşmənləri bilməlidirlər ki, bu cəsur insanlar qorxmadan öz torpaqlarını müdafiə edir və istənilən axmaqlığa ölçülü və düşünülmüş şəkildə cavab verəcəklər”, - Pezeşkian bildirib.

İsrailin hücumuna görə İran həmçinin BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin  öz növbəsində İranın eskalasiyanı davam etdirmək kimi “səhv” etməyəcəyinə və İsrailin zərbələrinin atəş mübadiləsinə son qoyacağına ümid etdiyini deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ