Gürcüstanda parlament seçkilərində hakim partiya irəlidədir

Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu” partiyası bülletenlərin 68,7%-nin hesablanmasından sonra 52,943% səslə liderdir.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarında bildirilir.

Sonrakı yerdə beş faizlik baryeri keçən dörd müxalifət partiyası gəlir: “Dəyişiklik Koalisiyası” (11,197%),  “Vahid Milli Hərəkat” (9,797%), “Güclü Gürcüstan” (9,056%), “Gürcüstan uğrunda” (8,264%). .

Mərkəzi Seçki Komissiyasının saat 20:00-a olan məlumatına görə, bütün Gürcüstan üzrə parlament seçkilərində seçici fəallığı 58,96% (2 060 412 səs) təşkil edib.

10:52

Gürcüstanda oktyabrın 26-da  parlament seçkilərində səsvermə keçirilir. Şənbə günü saat 8:00-da ölkə üzrə üç mindən çox seçki məntəqəsi açılıb.

Gürcüstan vətəndaşları proporsional sistemdən istifadə edərək parlamentə 150 ​​deputat seçirlər - yəni konkret partiyanın səslərinin faizi parlamentdəki yerlərin sayına uyğun olacaq.

Seçkilərdə 18 partiya birliyi iştirak edir. Sorğulara görə, beş faizlik baryeri aşmaq üçün ən böyük şansa beş partiyaya malikdir: Rusiyayönlü hesab edilən hakim “Gürcü Arzusu”, eləcə də müxalifətin qərbyönlü “Vahid Milli Hərəkat”, “Dəyişikliklər Koalisiyası”, “Güclü Gürcüstan” və “Gürcüstan uğrunda”

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ümumilikdə 3,5 milyon Gürcüstan vətəndaşı seçkilərdə iştirak edə bilər.

Səsvermə saat 20:00-dək davam edəcək. Seçkilərin ilkin nəticələrinin seçki məntəqələri bağlandıqdan bir-iki saat sonra açıqlanacağı gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ