Ərdoğan Fələstin dövlətini tanımağa çağırıb

Türkiyə Afrika və Karib hövzəsi ölkələri ilə əməkdaşlığı genişləndirir. BRICS ailəsi ilə də əməkdaşlığımızı genişləndirmək niyyətindəyik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach”/“BRİCS+” formatının ilk plenar iclasında bildirib.

Türkiyə Prezidenti deyib ki, Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Yaxın Şərqdə axan qan durdurulmalıdır: 

“Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması bölgəmizdə sülhün açarıdır. Bu mənada Fələstini tanımayan dövlətləri Fələstini tanımağa çağırıram”.

Türkiyə Prezidenti İsrailə silah satışını dayandırmağa çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ