Kamala Harris Trampı “faşist” adlandırıb

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris rəqibi respublikaçı Donald Trampı “faşist” hesab etdiyini bildirib. Harris CNN-də suala cavab verərkən deyib.

“Bəli, mən onu “faşist” hesab edirəm” Harris deyib. “Mən həmçinin bu məsələdə onu ən yaxşı tanıyanlara etibar etmək lazım olduğunu düşünürəm. Sən, onların karyerasına bax”, deyə o əlavə edib.

Harris yəqin ki, Trampla işləyən və ona müvafiq təsviri verən keçmiş yüksək vəzifəli dövlət məmurlarını nəzərdə tutub. Onların arasında Trampın baş qərargah rəisi Con Kelli və Trampın prezidentliyi dövründə Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri olmuş general Mark Milley də var.

Tramp Harrisin çıxışını şərh edərkən bildirib ki, onun rəqibinin “beyni pozulub”.

ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ