Ukraynada ehtiyatda olan hərbçilərin çağırışı başlayıb

Ukraynada 18 yaşından 60 yaşına qədər ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılmasına başlanılıb.

Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, sözügedən yaş qrupuna daxil olan və hərbi xidmətə çağırılan şəxslər zabitlər, sıravi əsgərlər və serjant heyətidir. Bildirilir ki, çağırış fevralın 23-ü başlayıb və maksimum xidmət müddəti 1 il təşkil edir.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski ehtiyatda olan hərbçilərin orduya çağırılması haqda fərman imzalayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ