Ərdoğan Fətullah Gülənin ölümündən danışdı

“Törətdikləri cinayətlərin, yoldan çıxardıqları insanların, beyinlərini yuduqları gənclərin, şəhid qanlarının hesabını ödəmədən bu dünyadan getdilər, lakin ilahi ədalətdən qaça bilməyəcəklər. Allahın əzabı şiddətlidir”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının iclasında FETÖ lideri Fətullah Gülənin ölümünə münasibət bildirirkən deyib.

Ərdoğan Güləni baş satqın adlandırıb:

“Onun ölümü şəhidlərimizin ailələrinin ürəyinə bir az da olsa su səpdi”.

R.T.Ərdoğan əlavə edib ki, rəhbərlik etdiyi dövlət heç vaxt qəyyumluğa, mafiyaya, terror təşkilatlarına, ədalətsizliyə, qanunsuzluğa boyun əyməyəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ