İran nüvə silahından daha güclü silahları olduğunu iddai edir

İranın gizli və nüvə silahından qat-qat güclü silahları var. Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İnkişaf və Silahlanma Komissiyasının keçmiş katibi İbrahim Rüstəmi deyib.

“Açıq şəkildə bəyan edirəm ki, İranın nüvə silahından qat-qat güclü silahları var”, deyə keçmiş dövlət katibi qeyd edib.

Rüstaminin sözlərinə görə, Tehranın silah sahəsində “geniş məxfi imkanları” var. İran son on ildə bu sahəni müstəqil şəkildə inkişaf etdirməyə nail olub.

Oktyabrın 13-də İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ölkə Yaxın Şərqdə mümkün genişmiqyaslı müharibəyə tam hazırdır, lakin gərginliyin azaldılması və sülhə sadiqdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ