Azərbaycanlı deputatlar İrəvanda - VİDEO

Ermənistan paytaxtında Avronest Parlament Assambleyasının komitə iclası başlayıb.

İclasda iştirak üçün ötən gün Avronest Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin üzvləri - deputatlar Tahir Mirkişili və Soltan Məmmədov İrəvana gediblər.

Milli Məclisin deputatları iclasda müzakirə olunacaq mövzular üzrə Azərbaycan tərəfinin mövqeyini ifadə edəcəklər.

Ermənistan paytaxtında keçirilən Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak edən azərbaycanlı deputatlar tədbirin baş tutacağı məkana gücləndirilmiş mühafizə xidmətinin müşayiəti ilə gedib.

Belə ki, Ermənistan cəmiyyətindəki Azərbaycana qarşı nifrətin miqyasını yaxşı bilən təşkilatçılar mühafizəni gücləndirməyə məcbur olublar. Bundan sonra azərbaycanlı deputatlar onlarla cangüdən və polisin müşayiəti ilə Avronest PA iclasına qatıla biliblər.

Mühafizənin gücləndirilməsində həmçinin ötən gün baş vermiş etirazların da rolu olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ