“Ermənistan bu ay Azərbaycanla sülh sazişi imzalamağa hazırdır”.
“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.
O qeyd edib ki, bu, ölkənin rəsmi mövqeyidir.