Putin və Bayden razılıq verdi - Rusiya Ukraynaya hücum etməsə, görüş baş tutacaq

Fransa Prezidenti Emmanuel Makron amerikalı və rusiyalı həmkarları Co Bayden və Vladimir Putinə Avropada təhlükəsizlik və strateji sabitlik məsələləri ilə bağlı sammit keçirməyi təklif edib.

Buta.media-nın xəbərinə görə, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

Hər iki siyasətçi Makronun təklifini qəbul ediblər. Bundan əlavə Fransa lideri daha sonra bütün maraqlı tərəflərlə görüş keçirməyi təklif edib.

ABŞ prezidentinin administrasiyası Baydenin Putinlə görüş barədə razılıq verməsini təsdiqləyib. 

“Əgər həmin vaxta qədər Rusiya Ukraynaya hücum etməsə, görüş baş tutacaq”.

Sammitdən əvvəl Rusiya və ABŞ-ın XİN başçıları Sergey Lavrov və Entoni Blinken arasında danışıqlar keçiriləcək. Onlar fevralın 24-də görüşəcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ