Kraliça II Elizabet koronavirusa yoluxdu

Böyük Britaniya kraliçası II Elizabet koronavirusa yoluxub. 

Buta.media-nın xəbərinə görə, bu barədə The Telegragh nəşri məlumat yayıb.

Məlumatı Bukingem sarayından təsdiqləyiblər. Bildirilir ki, xəstəlik yüngül formada keçir. Həmçinin qeyd olunur ki, kraliça pozitiv testin nəticəsindən iki gün əvvəl şahzadə Çarlzla görüşüb.

Kral ailəsinin digər üzvləri də COVID-19-a yoluxub. Belə ki, şahzadə Çarlzın həyat yoldaşı Kamillanın testi fevralın 14-də müsbət nəticə verib. Bundan əvvəl isə 73 yaşlı Çarlzın özündə də koronavirus aşkarlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ