Fələstinin HƏMAS qruplaşması oktyabrın 1-də Təl-Əvivin cənubunda yerləşən Yaffada törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə “Reuters” HƏMAS-ın hərbi qanadı olan “İzəddin əl-Qəssam” briqadasının bəyanatına istinadən məlumat yayıb.
“The Times of Israel” yazır ki, hücumu həyata keçirən iki terrorçu – Hebrondan olan Məhəmməd Mesek və Əhməd Himuni terror qruplaşmasının üzvləridir.
Oktyabrın 1-də axşam saatlarında Yaffada tramvay dayanacağında iki silahlı terrorçu mülki şəxslərə avtomatdan atəş açıb. Hücum edənlər zərərsizləşdirilib, polis bildirib.
Son məlumatlara görə, terror aktı nəticəsində 7 nəfər həlak olub, 16 nəfər yaralanıb.