İsrail Livandakı quru əməliyyatı zamanı ilk itkilərini açıqladı

İsrail ordusu Livanın cənubunda keçirdiyi quru əməliyyatı zamanı yeddi hərbçisini itirib.

2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlılarının yəhudi dövlətinə hücumundan bu yana ümumilikdə 723 İsrail əsgəri həlak olub.

İsrail oktyabrın 1-nə keçən gecə Livanın sərhəd bölgələrində quru əməliyyatına başlayıb. İDF əməliyyatın “məhdud, lokallaşdırılmış və hədəfli” xarakter daşıdığını və “Hizbullah” obyektləri və infrastrukturu haqqında dəqiq kəşfiyyat məlumatları əsasında həyata keçirildiyini bildirib. 

İsrail ordusunun hücumundan əvvəl BMT sülhməramlıları və Livan nizami ordusunun bölmələri sərhəd rayonlarını tərk ediblər. Çərşənbə axşamı İsrail ordusu Livanın sərhəd kəndlərinin sakinlərini Avali çayının şimalından təxliyə etməyə çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ