İsrail Livanda quru əməliyyata hazırlaşır

İsrail Livanda məhdud quru əməliyyatı planlaşdırdığı barədə ABŞ-a məlumat verib. 

Bu barədə “Washington Post” qəzeti adı açıqlanmayan amerikalı rəsmiyə istinadən xəbər yayıb.

İsrailin planlaşdırdığı hərbi kampaniya 2006-cı ildə “Hizbullah”a qarşı apardığı son müharibədən daha kiçikmiqyaslı olacaq və əsasən İsrail sərhədində təhlükəni aradan qaldırmaq üçün silahlı qruplaşmaların zərərsizləşdirməyə yönələcək.

Daha əvvəl bildirilib ki, İsrail xüsusi təyinatlıları bazar ertəsi Livanda məhdud reydlər həyata keçirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ