Ukraynada naziri atəşə tutdular - VİDEO

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Denis Monastırski Donbasda atəşə tutulub. 

Bu barədə nazirin müşaviri Anton Geraşenko öz Facebook səhifəsində məlumat verib.

"Daxili işlər naziri Denis Monastırski, bir qrup deputat, eləcə də 25 xarici jurnalist bu günlərdə Novoluqanski ərazisində 30-cu briqadanın mövqeyini minaatanlardan atəşə tutublar. Möcüzə nəticəsində heç kim xəsarət almayıb", - Anton Geraşşenko yazıb. .

İki gün əvvəl Denis Monastırski öz Facebook səhifəsində Donetsk vilayətində olduğunu, orada sərhədin döyüş patrullarının təşkili və dəniz mühafizəsinin təşkili ilə tanış olduğunu yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ