Sentyabrın 29-na keçən gecə Beyruta endirilən zərbələr zamanı “Hizbullah”ın yüksək rütbəli komandirlərindən biri Nabil Kauk öldürülüb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“1980-ci illərdə qruplaşmaya qoşulan Kauk “son günlər də daxil olmaqla, İsrail dövlətinə və onun vətəndaşlarına qarşı terror aktlarının həyata keçirilməsində bilavasitə iştirak edib”, - məlumatda deyilir.
Bildirilir ki, Kauk Hizbullahın daxili təhlükəsizlik bölməsinə rəhbərlik edib.
“Hizbullah” Kaukun ölümünü təsdiqləməyib.
Sentyabrın 28-də İsrailin endirdiyi zərbə nəticəsində “Hizbullah” lideri, qruplaşmaya 30 ildən çox rəhbərlik edən Həsən Nəsrullah öldürülüb.