Pakistanda rusiyalı pilotların idarə etdiyi helikopter qəzaya uğrayıb. Bu barədə “Reuters” məlumat yayıb.
Helikopter havaya qalxdıqdan az sonra Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan əyalətində qəzaya düşüb. Adının açıqlanmasını istəməyən iki agentlik mənbəsi bildirib ki, helikopter neft kəşfiyyatı və hasilatı ilə məşğul olan şirkət tərəfindən icarəyə götürülüb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, helikopterin göyərtəsində rusiyalı ekipaj da daxil olmaqla 14 nəfər olub. Altı nəfər həlak olub, səkkiz nəfər yaralanıb, onlar qəza yerindən təxliyə edilib və yaxınlıqdakı xəstəxanaya çatdırıblar.
“Washington Post” qəzeti də Pakistan mənbələrinə istinadən yazır ki, qəzaya səbəb mühərrikin nasazlığı olub. Qəzatin mənbələri helikopterin göyərtəsində üç rusiyalı ekipaj üzvü olduğunu deyiblər.
Öz növbəsində “Shot” iddia edir ki, rusiyalı pilotlar qəza nəticəsində xəsarət alıblar, lakin sağ qalıblar. Rusiyanın teleqram kanalı bu məlumatın mənbəyini göstərmir.