“Hizbullah” lideri Həsən Nəsrullahın İsrail Hərbi Hava Qüvvələrinin Beyrutdakı hərəkatın qərargahına endirdiyi zərbə nəticəsində öldürülüb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir.
Sentyabrın 27-də axşam saatlarında Livanın paytaxtı Beyrutun cənubundakı Dahiya qəsəbəsində yerləşən “Hizbullah”ın mərkəzi qərargahına zərbələr endirilib.
İDF bəyanatından əvvəl Həsən Nəsrullahın sağ qalıb-qalmaması ilə bağlı etibarlı məlumat yox idi. “Hizbullah”ın qərargahına endirilən zərbədən sonra həm hərəkatın liderinin sağ qala bildiyi, həm də öldürüldüyü barədə xəbərlər yayılıb.
Həmçinin İsrail Müdafiə Qüvvələrinin Livanın paytaxtında “Hizbullah” qərargahına endirdiyi zərbə nəticəsində Həsən Nəsrullahın qızı Zeynəb də öldürülüb.
31 avqust 1960-cı ildə anadan olan Həsən Nəsrullah 30 ildən çox “Hizbullah”a rəhbərlik edib. Nəsrullahın rəhbərliyi altında “Hizbullah” İsrail ərazisinə dəfələrlə raket zərbələri endirib. 2006-cı ildə “Hizbullah” terrorçularının İsrail ordusuna hücumu Livan-İsrail müharibəsinə səbəb olub.